Səməd Vurğunun Ev-Muzeyi və Vaqif Səmədoğlu Mərkəzinin təşkilatçılığı ilə dekabrın 25-də görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Yusif Səmədoğluya həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.

Xatirə tədbirini muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova açaraq Yusif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, yazıçı-dramaturq Seyran Səxavət, Yusif Səmədoğlunun qızı Mehriban xanım ədiblə bağlı xatirələrini bölüşüblər.

Filologiya üzrə fəlsəfə doktoru Aygün Vəkilova, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Aysel Fikrət çıxış ediblər. Xəzər Süleymanlı Yusif Səmədoğluya həsr olunan şeirləri oxuyub.

Sonda muzeyin direktoru Nüşabə Babayeva- Vəkilova Yusif Səmədoğlu işığına yığışan hər bir kəsə öz minnətdarlığını bildirib.