Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edilib. Konsert “Dünya musiqi incisi muğam” İctimai Birliyinin və AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə gerçəkləşib.

Konsertdə ifaçıları tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi ansambl müşayiət edib.

Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri, sözləri Nizami Gəncəviyə məxsus “Sənsiz”, “Sevgili canan” romansları (Çilənay Hüseynovanın ifasında), “Çahargah” muğamı (Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında), Nizaminin qəzəllərinə bəstələnən “Şur”, “Segah” kompozisiyaları, “Qaragilə” xalq mahnısı səslənib.

Əməkdar artist, qiraətçi Azad Şükürovun Nizami qəzəllərindən nümunələr söyləyib.

Proqram böyük maraqla qarşılanıb.