Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsinin təşkilatçılığı ilə Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyi münasibətilə açıq dərs keçirilib.

Tədbirdə BXA-nın orta ixtisas təhsil pilləsinin Xoreoqrafiya sənəti fakültəsinin I kurs tələbələrinin "İlham Əliyevin Azərbaycan dilinin inkişafı üçün gördüyü işlər" (Anar Cavadov), "İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı üçün gördüyü işlər" (Elşad Zahidov), "İlham Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında və Azərbaycan ədəbiyyatının dünyada tanınmasında rolu" (Nərmin Sadıqova), "44 günlük müharibəyə gedən yol" (Lalə Hüseynli) və başqa mövzularda məruzələr dinlənilib.

BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru, xoreoqraf Tahir Eynullayev çıxış edərək, Prezident İlham Əliyevin fəaliyyətindən, o cümlədən elm, təhsil və mədəniyyət sahələrinə diqqət və qayğısından söz açıb.