Qobustan Milli Tarix-Bədii Qoruğunda 2021-ci ilin yekunlarına dair toplantı keçirilib.

Qoruğun direktoru Vüqar İsayev elmi tədqiqat və təbliğat-təşviqat işləri, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, innovativ üsulların tətbiqi və ziyarətçi məmnunluğunun daha da artırılması istiqamətində qarşıya qoyulan məqsədlərdən danışıb.

Əldə edilən uğurlarda əməkdaşların əməyini xüsusi qeyd edən direktor il ərzində öz sahəsi üzrə yüksək peşəkarlıq göstərən qoruğun aparıcı elmi işçisi Sevinc Şirinli və texniki işçi Xəyyam Rəhimlinin “İlin işçisi” adına layiq görüldüklərini diqqətə çatdırıb, onlara bundan sonrakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Sonda Qobustan Milli Tarix-Bədii Qoruğunun bir qrup əməkdaşına təşəkkürnamə və mükafatlar təqdim olunub.