"Sirlər xəzinəsi" intellektual müsabiqəsinin 15-19 dekabr tarixlərində baş tutan növbəti – sonuncu mərhələsinin qalibləri mükafatlandırılıb.

Xatırladaq ki, müsabiqə Nazirlər Kabinetinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Mədəniyyət Nazirliyi və Gənclər Fondu tərəfindən GəncApp mobil tətbiqi üzərindən təşkil olunub.

İl ərzində müsabiqədə iştirak edən hər kəsə təşəkkür edir, bütün qalibləri bir daha təbrik edirik.