“Nasirəddin şahın yol qeydləri” kitabı işıq üzü görüb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə çap olunan nəşrin ideya müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Gözəlova, tərcümə, ön söz və izahların müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Əkbər Nəcəfdir.

Kitab Qacarlar sülaləsinin dördüncü hökmdarı olan Nasirəddin şahın (1831-1896) ölkədaxili səfərləri ilə yanaşı, hakimiyyətdə olduğu müddətdə Avropaya 3 dəfə səyahət etdiyi zaman öz əli ilə qələmə aldığı yol qeydlərindən ibarətdir.

Nəşrdə hökmdarın səyahətnamələrinin Cənubi Qafqaza aid hissələrinin tərcüməsi yer alıb.