Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin və Gəncə Tarix-Mədəniyyət Qoruğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətin dəstəyi ilə qoruq ərazisində ehtiyat tədbirləri görülməklə təmizlik işlərinə başlanılıb. Təmizlik işlərinə şəhər öİcra Hakimiyyəti tərəfindən texnikalar və kommunal müəssisələrdən işçilər cəlb olunub.

Eyni zamanda Gəncə Regional İdarəsi və Gəncə Tarix-Mədəniyyət Qoruğu tərəfindən ərazidə yerləşən tarixi abidələrə yenidən məlumat lövhələri yerləşdirilib.

Qeyd edək ki, bir müddət öncə qoruğun ərazisinin çirkləndirilməsinin qarşısının alınması üçün monitorinq keçirilmiş və akt tərtib edilmişdi.