Beynəlxalq Türk Akademiyası türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümünə və qardaş ölkələrin inteqrasiya prosesinə həsr olunmuş “Türk dünyası – 30” adlı kitab nəşr edib.

Kitabda Türk Dövlətləri Təşkilatının ilk baş katibi Halil Akıncı, Azərbaycanın sabiq xarici işlər naziri, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə Elmlər Akademiyasının rəhbəri Müzaffer Şeker, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev, Qırğızıstan MEA-nın prezidenti Murat Cumatayev, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Zarema Şaukenova, Özbəkistan Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov, azərbaycanlı və qazaxıstanlı deputatlar, diplomatlar, ekspert və alimlərin məqalələri yer alıb.

Kitabdakı məqalələrdə türk dövlətlərinin inteqrasiya prosesinin müxtəlif istiqamətləri, xüsusilə elmi-humanitar, mədəni və iqtisadi əməkdaşlığın mövcud durumu və perspektivləri təhlil olunur.