Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin (İWC) Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki “Xətai akvarel qalereyası”nın təşkilatçılığı ilə yanvarın 23-də keçiriləcək “Akvarel təəssüratları” satış-sərgisinə əsər qəbulu başa çatıb.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sulu boya sənətinin inkişafı, təbliği, bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə keçiriləcək sərgi Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, təqdim edilən əsərlər arasından hər müəllifin 1 və ya 2 əsəri sərgidə nümayiş olunmaq üçün seçiləcək.

Seçim "İWS Azerbaijan"ın bədii şurası tərəfindən həyata keçiriləcək. Seçiləcək əsərlərdən Xətai Sənət Mərkəzində ibarət sərgilənəcək.

İştirakçı rəssamlara hədiyyələr və sertifikatlar təqdim ediləcək.