Avstriyanın Salzburq şəhərində yerləşən Azərbaycan Evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov tədbiri açaraq Azərbaycan xalqının artıq ikinci ildir bu qoşa bayramıları Zəfər ruhu ilə qarşıladığını vurğulayıb.

2020-ci ilin Vətən müharibəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan həqiqətlərini Avstriya ictimaiətinə çatdırılması və 2021-ci ildə diaspora quruculuğu işlərində göstərdiyi xüsusi fəallığa görə bir qurub diaspora üzvü təltif olunub.

Təltif olunanlar arasında Avstriya Respublikasında fəaliyyət göstərən psixoloq-doktor Nərmin Xanalizadə, Birinci Qarabağ müharibəsinin iştirakçısıi Ramiz Məmmədov, Türkiyədən iş adamı Durmuş Aydəmir və başqaları var. Təltif olunalar bu mükafatın onlar üçün çox böyük mənəvi stimul olduğunu qeyd edərək, vətənpərvərliyin təbliğinin xaricdə yaşayan azərbaycanlılar önəmindən söz açıblar.

Bauram mərasimi musiqili proqramla davam edib.