Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yanvar repertuarında maraqlı səhnə əsərləri yer alıb.

8 yanvar – “Çeburaşka” (uşaqlar üçün tamaşa), “Mələk” (yeni tamaşa)

9 yanvar – “Dəlinin qeydləri”

15 yanvar -“Danışan gəlincik” (uşaqlar üçün tamaşa), “Şəhərin qış gecələri”

16 yanvar – “Don Rafael trombonçu”, “Qızıl balıq” (uşaqlar üçün tamaşa)

22 yanvar – “Qırmızı papaq” (rus dilində; uşaqlar üçün tamaşa), “Balaca, yaramaz məxluq” (yeni tamaşa)

23 yanvar – “Bir səbət tənhalıq” (monotamaşa),

29 yanvar – “Qırmızıpapaq” (uşaqlar üçün tamaşa), “Hasarın o üzü”

30 yanvar – “İstədiyim kimi yaşamışam” (monotamaşa)

Səhnə əsərləri Gənc Tamaşaçılar Teatrının kiçik zalında və Teatr Xadimləri İttifaqıının zalında nümayiş olunacaq.

Tamaşaların başlanma saatı: 12:00; 14:00 (uşaqlar üçün tamaşalar) və 19:00

***

Azərbaycan Dövlət Pantomima Teatrı da yanvar ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

Yanvarın 8-9-da sənət ocağının səhnəsində “Ağbığlılar”, 15-16-da “Underqround” tamaşaları göstəriləcək.

Bundan başqa, yanvarın 22-23-də “Son ştrix”, ayın 29-da “6+1 nömrəli palata”, yanvarın 30-da isə “Kişilər və qadınlar” tamaşaları nümayiş ediləcək.

Tamaşaların başlanma saatı: 18:00