Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid və hərbçi ailələrinin uşaqları üçün Yeni il şənliyi keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, tədbirdə uşaqlarla birgə müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və Qar qız iştirak ediblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən aparıcı onlara xoşbəxt həyat arzulayıb.

Tədbirin bədii hissəsində nağıl qəhrəmanları uşaqlarla birlikdə rəqs edib, müxtəlif yarışlar keçirib və oyunlar qurublar. Sonda uşaqlara hədiyyələri təqdim edilib.