İyunun 1-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin “Nardaran 1” xilasetmə məntəqəsində 2011-ci ilin çimərlik mövsümünə start verilib. Bununla bağlı keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov və başqa rəsmilər iştirak edib.
   Qeyd olunub ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidməti müasir texnika və avadanlıqlarla təchiz olunub, vətəndaşlarla hər il çimərlik mövsümü başlananda geniş maarifləndirmə işləri aparılır. Daha sonra məntəqədəki xilasetmə avadanlıqlarına baxış keçirilib. Yeni alınmış qayıqlar, skuterlər, dalğıc avadanlıqları barədə məlumat verilib.
   Nazir müavini F.Tağızadə deyib ki, son 5 ildə FHN tərəfindən 20-dən çox xilasetmə məntəqəsi tikilib, çimərliklərdə çoxlu sayda postlar qurulub. FHN xilasedicilərinin səyi nəticəsində ötən il çimərliklərdə boğulan 700-ə yaxın vətəndaş xilas edilib. Bu il çimərlik mövsümünün 15 gün tez açılmasına gəlincə, F. Tağızadə bunu hava şəraiti ilə əlaqələndirib.
   
  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar