Ölkə prezidenti tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində Bakı şəhərinin turist atlası nəşrə hazırlanır. Komitədən bildiriblər ki, 100 səhifədən ibarət olacaq bərk cildli atlasın formatı 21,5x30,0 santimetrdır.
   İlk dəfə nəşr olunan atlas kartoqrafiya məhsulu olmaqla bərabər, fundamental bir əsərdir. Atlasın məzmunu və onun orijinal bədii tərtibatı paytaxtımızın özünəməxsus həyatını əks etdirir.
   Azərbaycan, rus və ingilis dillərində nəşr edilən atlasda turizm obyektləri ilə bərabər, xüsusi dövlət müəssisələri, memarlıq abidələri, səfirliklər, banklar, tibbi mərkəzlər və s. obyektlər də öz əksini tapıb. Hər səhifəsi aerogörüntülərlə təkrarlanan atlasda Azərbaycan paytaxtının panı 1:10000 miqyasında verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar