Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə Azərbaycanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün təlim-tədris kursları keçirir. İyunun 2-də kursların ikinci mərhələsinə start verilib.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədovun qəzetimizə verdiyi məlumata görə, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Atlant» istirahət mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil olunan təlim kursları 4 istiqaməti əhatə edir. Bunlar hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri-xadiməçilik ixtisaslarıdır. Kurslarda 110 nəfərə yaxın dinləyicinin iştirakı nəzərdə tutulur. Türkiyədən dəvət edilmiş peşəkar mütəxəssislər tərəfindən həyata keçirilən təlim kursları iyunun 10-dək davam edəcək. Sonda kurs iştirakçılarına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq sertifikatlar təqdim ediləcək.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar