Yanvarın əvvəlində Almatı şəhərində meydana gələn iğtişaşlar nəticəsində qazax kinosunun “qızıl fond”unun saxlanıldığı arxivə də ziyan vurulub. Qazaxıstan Mədəniyyət Nazirliyində bunu təsdiqləsələr də, filmlərin əksəriyyətinin salamat qaldığını bildirilib.

“Qazaxıstan” Teleradio Şirkətinin məlumatına görə, onların Almatıdakı filialının binasında saxlanılan kinoarxivə ziyanın nə dərəcədə dəyməsi hələ tam araşdırılmayıb. Ancaq Mədəniyyət Nazirliyindən bildirilib ki, əvvəllər saxlanılması üçün Mərkəzi Dövlət Kino, Fotosənədlər və Səs Yazıları Arxivinə təhvil verilmiş qazax kinosunun fondunun mühüm hissəsi salamatdır.

Qeyd edək ki, “Qazaxfilm” Kinostudiyasının əsası 1934-cü ildə qoyulub. Sovet dövründə studiyada məşhur filmlər ərsəyə gətirilib.