Qazaxıstan Respublikasında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insanların həlak olması ilə əlaqədar yanvarın 10-u bu ölkədə matəm günü elan edilib.

Bununla bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında təşkilata üzv və müşahidəçi dövlətlərin bayraqları endirilib.

Fond qurucu üzv dövlətlərindən olan Qazaxıstanda həyatını itirən insanların xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir və bütün qazax xalqına dərin hüznlə başsağlığı verir.

“İnanırıq ki, Türk dünyasının ayrılmaz parçası olan Qazaxıstan qısa zaman ərzində inamlı addımlarla irəliləyərək, türk xalqlarının birliyinin daha da möhkəmlənməsi naminə həmişəki fəaliyyətini davam etdirəcəkdir” – deyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat üçün məlumatında bildirilir.