“LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Türkiyənin tanınmış yazıçısı Miraç Çağrı Aktaşın imza günü keçiriləcək. Gənclər arasında kitabları rəğbətlə qarşılanan müəlliflə görüş yanvarın 15-də baş tutacaq.

Daha ətraflı məlumatı “LIBRAFF”ın sosial media hesablarından əldə etmək mümkündür.

Qeyd edək ki, pandemiya vəziyyətini nəzərə alaraq yerlər məhdud olacaq. İştirak etmək üçün ətraflı məlumatı “LIBRAFF”dan əldə edə bilərsiniz.