Görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin Xalq şairi Məmməd Arazın sözlərinə yazdığı “Azərbaycan – dünyam mənim” mahnısı yeni aranjimandaƏməkdar artisti İnarə Babayevanın səslənib. Məşhur mahnının aranjimanını Cavid Cavadoğlu edib.

İnarə Babayeva bildirib ki, Vətən mövzusunda çox şeirlər, musiqilər yazılıb, amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeiri mənim həyatımda xüsusi əhəmiyyət kəsb edir və bənzərsizdir: “Vətənimizin müqəddəsliyindən, xalqımızın keşməkeşli günlərindən, vətənpərvərliyindən, zəhmətkeşliyindən, şanlı tariximizdən bəhs edən təkrarsız əsərlərdən biridir. Böyük məmnuniyyətlə, fəxrlə və qürurla bu mahnımı yeni aranjimanda dəyərli dinləyicilərimizinn ixtiyarına verirəm...”.

“Azərbaycan – dünyam mənim” mahnısı yeni aranjimanda bu linkdə: https://youtu.be/LUUgsPuKD9E