Beynəlxalq simpoziumun materialları nəşr olunub

 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə ötən il Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II beynəlxalq simpoziumun (11-12 iyul 2021-ci il) materialları çapdan çıxıb. Bu barədə Aİİ-dən məlumat verilib.

İki cilddən ibarət olan kitabda İslam sivilizasiyasının təşəkkül və inkişafına dair məruzələr toplanıb. Simpoziumda “Qafqazda İslamın yayılması”, “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda multikulturalizm”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu” və digər mövzularda məruzələr dinlənilmişdi.