İşğaldan qurtuluşunun ikinci ilini yaşayan mədəniyyət paytaxtımız Şuşanın adı həm də dövlət başçısının sərəncamı ilə 2022-ci illə qoşa çəkiləcək. Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Şuşa İli” münasibətilə tədbirlərə başlanılıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Azad Şuşa” adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Şuşanın düşməndən azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Tədbirin sonunda iştirakçılar “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı sərgiyə baxıblar.
Şəki RMİ-nin tabeliyindəki Qax MKS-nin Güllük kənd kitabxana filialında “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir təşkil olunub. Tədbirdə “2022-ci il “Şuşa İli”dir” adlı sərgi nümayiş etdirilib.
Gəncə RMİ Samux rayon Heydər Əliyev Mərkəzində “Şuşa Azərbaycanın gözüdür” adlı tədbir keçirilib. Çıxış edənlər “Şuşa İli”nin əhəmiyyətini vurğulayıblar. Daha sonra Şuşa şəhərində aparılan quruculuq işlərindən bəhs edən sənədli film izlənilib.
Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Sabirabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qarabağın döyünən ürəyi – Şuşa” adlı rəsm və əl işləri (maket) müsabiqəsi elan olunub. Müsabiqədə Hacıqabul rayonundan olan 14-29 yaş arası gənclər iştirak edə bilərlər. Yanvarın 10-da başlayan müsabiqə bu ayın 30-dək davam edəcək. Hazırlanan əl işləri Hacıqabul rayon Heydər Əliyev Mərkəzinə təqdim olunmalıdır.