Turizm mövsümünün başlanması münasibətilə Qəbələ rayonundakı istirahət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərə görə qiymətlər ötən illə müqayisədə xeyli ucuzlaşdırılıb. Rayon mədəniyyət və turizm şöbəsindən bildiriblər ki, istirahət mərkəzlərində ötən illə müqayisədə “Turizm ili”ndə otel xidmətlərinə (bir otaq üçün) 20-30 manatadək, restoran xidmətlərinə isə 20 faizədək endirim edilib. Meşələrdə və çayların sahilində yerləşən istirahət güşələrində üçotaqlı kottecin bir günlük kirayə haqqı ötən il 100 manat olmuşdusa, bu il 80-70 manat təşkil edir. Rayon mərkəzindəki otellərdə isə qiyməti daha əlverişli olan, yəni bir günü 30 manata olan iki nəfərlik otaqlar tapmaq mümkündür. İstirahət mərkəzlərinin əksəriyyəti qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar