Hüseynqulu Sarabski adına Mədəniyyət evində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdindəki mədəniyyət müəssisələrində yaradılmış “Gənc turist” klublarının fəaliyyətinə həsr olunan tədbir keçirilib. Klubların koordinatorlarının və Bakı şəhərindəki mədəniyyət müəssisələri direktorlarının iştirak etdiyi tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev “Gənc turist” layihəsi, onun məqsəd və əhəmiyyəti haqqında danışıb. Qeyd olunub ki, turizmin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraq və meyllərini təmin etmək məqsədi ilə yaradılan “Gənc turist” klubları həm də gənclərin turizm sahəsinə olan maraqlarını artırmaq, intellektual inkişaflarını təmin etmək baxımından əhəmiyyət kəsb edir. Bildirilib ki, “Gənc turist” klublarının yaradılması dövlət siyasətinin həyata keçirilməsində gənclərin fəal iştirakını təmin etmək, onları bu sahənin inkişafına cəlb etmək və sistemli fəaliyyətlərinə zəmin yaratmaq istiqamətində mühüm addımlardan biridir. Ə.Əliyev layihənin turizm sahəsinə meylli gənclərin savadlı kadr kimi yetişməsində əhəmiyyətli rolundan bəhs edib, 75 klubun hazırda 869 üzvü olduğunu, onların sayının getdikcə artdığını vurğulayıb.
   Bakının Səbail rayonundakı mədəniyyət müəssisələrinin nəzdində fəaliyyət göstərən “Gənc turist” klublarının baş koordinatoru Cəfər Mənsimi, Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Şəhla Qəmbərova layihəni yüksək qiymətləndirərək əldə olunan uğurlardan danışıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar