Regional idarənin yeni layihəsi
Bərdə RMİ Tərtər rayon Heydər Əliyev Mərkəzi “Vətənim Azərbaycan” adlı layihəyə başlayıb. Layihənin məqsədi ölkəmizi ayrı-ayrı bölgələri ilə birlikdə daha yaxından tanımaq və tanıtmaqdır.
Layihə çərçivəsində keçirilən ilk tədbirdə mədəniyyət və təhsil işçiləri iştirak edib. Mərkəzin direktoru Səlimə Yusibova çıxış edərək Azərbaycanın tarixi keçmişi barədə danışıb. Mərkəzin əməkdaşı Fəridə Süleymanovanın “Vətənim Azərbaycan” mövzusunda məruzəsi dinlənilib.
Daha sonra Nəcmiyyə Zeynalzadə Süleyman Rüstəmin “Azərbaycana gəlsin”, Jalə Əlizadə isə Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeirlərini söyləyiblər.
Layihə çərçivəsində ayda iki dəfə tədbirlərin təşkil olunması nəzərdə tutulub. Hər tədbir Azərbaycanın bir bölgəsinə həsr olunacaq.
Nurəddin