Azərbaycan Milli Kitabxanası XX əsr türk ədəbiyyatının görkəmli siması, şair, dramaturq Nazim Hikmətin (1902-1962) 120 illik yubileyi münasibətilə “Nazim Hikmət – 120” adlı virtual hazırlayıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, Nazim Hikmətin müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Nazim_Hikmet_120/index.htm

Nazim Hikmət 15 yanvar 1902-ci ildə Saloniki şəhərində anadan olub. O özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə XX əsr türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həmçinin mübariz ictimai xadim olub. Siyasi baxışlarına (kommunist) bir müddət həbs həyatı yaşayıb. 1951-ci ildə SSRİ-yə mühacirət edib. 3 iyun 1963-cü ildə vəfat edib. Məzarı Moskvadadır.

Şairin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəlləli iki oğlan” (“Azərbaycanfilm”), “Məhəbbətim, kədərim mənim” (“Mosfilm”) filmləri çəkilib.