Mədəniyyət Nazirliyinin Vətən müharibəsinin iştirakçısı olmuş, igidlik və rəşadət göstərmiş mədəniyyət işçilərindən bəhs edən "Səhnədən səngərə: Qazilər" layihəsi davam edir.

Layihə üzrə hazırlanan növbəti, altıncı videomaterial Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Atəş Qarayev haqqındadır.

Vətən müharibəsinə könüllü yollanan Atəş Qarayevin savaşın ən qızğın günlərində də bir arzusu vardı.

Şəhidlik zirvəsinə ucala bilməsə, qəhrəman oğullarımızın şücaətindən bəhs edən əsər ifa etsin.

Ağır döyüşlərin birində Atəşin dayısı oğlu da canını Vətənə fəda edir.

Bu gün Atəş Qarayev sevdiyi sənəti ilə ölkəmizi yenidən təmsil edir.

Vətənin azadlığı yolunda çiyin-çiyinə döyüşdüyü şəhidlərin əziz xatirəsini səhnədə də layiqincə yaşadır.

"Səhnədən səngərə: Qazilər" layihəsinin növbəti buraxılışı bu linkdə:

http://mct.gov.az/az/umumi-xeberler/14054