Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Dəf(i)nə yarpağı” müsabiqəsində iştirak etmək istəyənlərin çoxsaylı müraciətlərini nəzərə alaraq tərcümə əsərlərinin qəbulunu 2022-ci il iyulun 31-dək uzadıb.

Tərcümə Mərkəzindən bildirilib ki, müsabiqəyə 2020–2022-ci illərdə orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş nəsr və poeziya nümunələri qəbul edilir:

  • nəsr – 20.000 işarəyə qədər;
  • poeziya – 100 misraya qədər.

 

* tərcümə müəllifi hər hansı nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər;

* müsabiqə iştirakçılarına yaş məhdudiyyəti qoyulmur.

 

Müsabiqənin mükafat fondu

Nəsr və poeziya üzrə

  • I yer – 2000 (iki min) manat
  • II yer  – 1000 (min) manat
  • III yer – 500 (beş yüz) manat
  • Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

 

Əsərin göndərilmə qaydası

* Əsərlər, tərcümə edildiyi orijinal mətn əlavə olunmaqla, elektron poçt vasitəsilə, yaxud kağız formatında (5 nüsxədə) təqdim edilir;

* müsabiqə şərtlərinə uyğun gəlməyən formatda təqdim edilən mətnlər geri qaytarılır.

 

Əlavə sənədlər

* şəxsiyyət vəsiqəsinin surəti

* müsabiqə iştirakçısının əlaqə nömrəsi.

Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74

Email: musabiqe@aztc.gov.az

Telefon: (012) 595 10 69

Mob: (055) 988 89 30 (votsap)