Azərbaycanı dünyada təmsil edən Manafzadələr ailəsi İstanbulda konsert verib.

İstanbul Filarmoniya Dərnəyi tərəfindən təşkil edilən konsert proqramı şəhərin Kadıköy rayonunun Moda məhəlləsində yerləşən "All Saints" kilsəsində gerçəkləşib.

Konsertdə Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov, Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə və pianoçu Şükufə Manafova səhnəyə çıxıblar.

Dünya klassik əsərlərinin yer aldığı proqramda Turan Manafzadənin “Azərbaycanım” əsəri və “Sənsiz” mahnısı da tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Solo və duet ifalardan ibarət konsertdə Azərbaycan və Türkiyə musiqiləri səsləndirilib.

Konsert çərçivəsində Turan Manafzadənin rəsm əsərlərindən ibarət sərgi də sənətsevərlərə təqdim olunub.

Tədbirin sonunda tamaşaçılarla bir araya gələn ailə üzvlərinə İstanbul Filarmoniya Dərnəyi tərəfindən gecənin xatirə plaketi təqdim olunub.