“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yay mövsümü ilə əlaqədar Bakı-Bodrum marşrutu üzrə birbaşa sərnişin aviareyslərini bərpa edib. Marşrut üzrə uçuşlar iyunun 11-dən başlanıb. İyunun 23-dək Bakıdan Bodruma uçuşlar hər həftənin VI günləri saat 11:50-də həyata keçiriləcək. İyunun 23-dən iyulun 3-dək sözügedən marşrut üzrə uçuşlar həftənin IV günləri həmin vaxtda yerinə yetiriləcək. İyulun 3-dən isə Bakıdan Bodruma uçuşlar həftədə 4 dəfə - I, II, III və VII günlər saat 11:50-də reallaşdırılacaq. Bu cür uçuş cədvəli avqustun 8-dək davam edəcək. Avqustun 8-dən uçuşların tarixi dəyişdirilərək, həftənin V günləri eyni vaxtda həyata keçiriləcək.
   Xatırladaq ki, Bakı-Bodrum-Bakı aviareysi mövsümi xarakter daşıyır və bu marşrut üzrə uçuşlar sentyabr ayının ortalarınadək yerinə yetiriləcək. Marşrut üzrə uçuşlar “Airbus A-320” avialayneri ilə həyata keçirilir. Hər iki istiqamətə bir aviabiletin qiyməti 534 manatdır.
   
    Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar