Respublika Gənclər Kitabxanası silsilə materiallar hazırlayıb

 

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” başlığı altında biblioqrafik icmal, “20 Yanvar – qanlı tarix” adlı virtual və ənənəvi sərgi hazırlayıb.

Biblioqrafik icmalda xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin şanlı səhifəsi olan 20 Yanvar haqqında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin fikirlərindən sitatlar, “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı giriş sözü və mövzuya dair Azərbaycan, rus, ingilis və türk dillərində 44 adda kitab haqqında məlumatlar yer alıb.

Virtual sərgidə 14 adda kitab və onların qısa annotasiyası, 20 Yanvar faciəsinə dair fotolar, faciənin səbəbləri və nəticələri haqqında qısa məlumatlar, faktlar təqdim olunub. Eyni zamanda kitabxananın “Tarixdə bu gün” rubrikası 20 Yanvar hadisələrinə həsr edilib.

Materiallarla kitabxananın sosial şəbəkə hesablarından tanış olmaq olar.