Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “O gözəllər ki vardı...” hekayələr kitabı nəşr olunub. Kitaba on altı hekayə daxildir.

“Ulduz” jurnalı ilə “Mücrü” nəşriyyatının birgə layihəsi olan kitab “Qaraçuxanın bəyaz edelveysi” adlı müsahibə ilə başlayır. Ön söz yerinə verilən müsahibəni gənc şair Taleh Mənsur “Ulduz” jurnalının “Yazı masası” rubrikası üçün hazırlayıb.

Layihənin rəhbəri şair Qulu Ağsəs, redaktoru Dürdanə İbrahimova-Hüseynbəyli, dizayn və qrafikanın müəllifi Fərid İlhamdır.

“Mücrü” nəşriyyatı Elçin Hüseynbəylinin hekayələr toplusunu “hamının oxumaq istədiyi kitab” kimi təqdim edir.