Prodüser, kino təşkilatçısı Aydın Abdullayev 19 yanvar 2022-ci il tarixində, ömrünün 71-ci ilində vəfat edib.

Aydın Əşrəf oğlu Abdullayev 1951-ci il iyunun 7-də Beyləqan rayonunda anadan olub. 1969–1977-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) təhsil alıb. 1975-ci ildən kino sahəsində çalışmağa başlayıb. Film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləyib. O, 1993–1994-cü illərdə “Azərbaycanfilm” Kinostudiyasında direktor müavini, direktor əvəzi, “Azanfilm”in direktoru (1994-2000) vəzifələrində çalışıb.

Aydın Abdullayev 20-dək animasiya filminin, həmçinin “Qrinviç meridianından kənarda” (2007) və “Harmoniya” (2008) qısametrajlı bədii filmlərinin direktoru olub.

Allah rəhmət eləsin.