Əməkdar artist, tanınmış müğənni Teymur Əmrah 50 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Nazir Anar Kərimovun imzaladığı fəxri fərman yanvarın 19-da nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tərəfindən sənətkara təqdim olunub. Görüşdə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə də iştirak edib.

Əməkdar artistə fəxri fərmanı təqdim edən Fərəh Acalova sevilən müğənniyə mədəniyyət nazirinin ən xoş arzularını çatdırıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.