Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa bildirib ki, qanun layihəsi komitənin 2022-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planına daxil edilib.

Qeyd edək ki, sözügedən qanun layihəsinin hazırlanması ilə bağlı məsələ ötən il Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş, layihənin müzakirəsi isə payız sessiyasına nəzərdə tutulmuşdu.