Azərbaycanda istirahət mövsümünün başlaması ilə əlaqədar yol polisi də bəzi tədbirlər planlaşdırır. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyevin verdiyi məlumata görə, istirahət mərkəzlərinə gedən və qayıdan yollarda, həmçinin həmin obyektlərin ətrafında yerləşən yollarda reydlər keçiriləcək: “Həftənin istirahət günü olan şənbə və bazar günlərində istirahət mərkəzlərinin yollarında polisin işi gücləndiriləcək və mütəmadi reydlər keçiriləcək”. O bildirib ki, reydlər bütün respublikanı əhatə edəcək və bütün yay aylarında, istirahət mövsümü başa çatanadək keçiriləcək. Həmin ərazilərdə yol polisi gücləndirilmiş iş rejimində işləyəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar