“Made in Azerbaijan”

 

Türkiyənin Antalya şəhərində 18-21 yanvar tarixində keçirilən 28-ci Beynəlxalq Qida və İçki Sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə Azərbaycan sahibkarlarının məhsulları da nümayiş olunub.

KOBİA-dan bildirilib ki, stendimizdə quru meyvələr, təbii yağlar, konservləşdirilmiş məhsullar, meyvə şirələri, kofe və çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış müxtəlif məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları təqdim edilib. Ümumilikdə Azərbaycanı sərgidə 15 mikro və kiçik sahibkar təmsil edib.

Antalya sərgisində 50-yə yaxın xarici ölkə təmsil olunub. Azərbaycan sahibkarları Türkiyə və digər ölkələrin iş adamları ilə məhsul satışı və əməkdaşlıq imkanlarına dair görüşlər də keçiriblər.