Belçikanın Brügge şəhərində yerləşən, Avropa İttifaqının nüfuzlu təhsil müəssisəsi olan Avropa Kollecində 17-21 yanvar tarixində Azərbaycan milli günləri keçirilib.

Həftə çərçivəsində tanınmış rəssam Əsmər Nərimanbəyovanın və fotoqraf Maya Bağırovanın sərgiləri təşkil edilib, milli mətbəxin təqdimatı olub. Kollecin müxtəlif ölkələrdən olan tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib, qaliblərə suvenirlər təqdim edilib.

Tədbir Avropa Kollecində təhsil alan tələbələrimiz Xədicə Hüseynova, Əli-Əşrəf Rəcəbli, Samir Səlimzadə və Nuranə Əhmədovanın təşəbbüsü, Azərbaycanın Belçikadakı və Fransadakı səfirliklərinin dəstəyi ilə gerçəkləşib.