Musiqi və incəsənət məktəblərində çalışa biləcəklər

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na əsasən, binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olan şəxslərin, xüsusi təhsil müəssisələri istisna olmaqla, pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilmirdi.

Bununla bağlı çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış müvafiq sənəd aidiyyəti üzrə təqdim edilmişdi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 20 yanvar tarixli 23 nömrəli Qərarı ilə “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na dəyişiklik edilib. Qərara əsasən, adıçəkilən xəstəlikləri olan şəxslərin uşaq musiqi və incəsənət məktəblərində pedaqoji fəaliyyətinə icazə verilir.