Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları ilə bağlı xeyriyyə aksiyası keçirilib. Aksiyada “Medilux” klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov təmənnasız iştirak edib.

Aparıcısı Könül Muxtarova növbəti xeyriyyə aksiyası iştirakçılarını salamlayıb. Sonra Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova çıxış edərək, xeyriyyə təşəbbüsünün əhəmiyyətindən danışıb.

İş adamı Ruhi Əliyeva, tanınmış sənətçilər –Əməkdar artist Təyyar Bayramov və Samirə Allahverdiyeva aksiyaya dəstək veriblər.

Övladları sünnət olunmuş şəhid və qazi ailələrinin üzvləri aksiyanın təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Vətən müharibəsində Qələbəmizi qanı və canı bahasına qazanan şəhid və qazi ailələrini daim diqqətdə saxlayan Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bu qəbildən addımları gələcəkdə də davam etdirəcək.