Gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin ötən ilin noyabrında Azərbaycan Milli Xalça Muzeyində açılmış “Varlığın fraqmentləri” sərgisinə yekun vurulub.

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə müəllifin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş olunub.

Nino Kipşidzenin əsərləri rəngkarlıq və tekstilin incə sintezidir. Rəssam əsasən mənzərə və natürmort janrında işləyir. Onun mənzərələri lakonikliyi ilə Şərq qravüralarını, bəzən isə hətta memarlıq elementlərini xatırladır. Bununla yanaşı, rəssam fiqurlu kompozisiyalar da yaradır. Sənətkar öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır.

Sərginin kuratoru Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze idi.