Hərracda 12700 dollara satılıb

 

Böyük rus şairi Aleksandr Puşkinin ən məşhur əsəri – “Yevgeni Onegin” mənzum romanının 1833-cü ildə işıq üzü görən ilk nəşri 1 milyon rubla (təxminən 12700 dollar) satılıb. Bu barədə “Litfond” hərrac evi məlumat yayıb.

“Yevgeni Onegin” 1833-cü ilin martında Sankt-Peterburqda  Aleksandr Smirdinin mətbəəsində təxminən 2000 nüsxə tirajla (dəqiq sayı məlum deyil) çap olunub və həmin vaxt naşirin kitab mağazasında 12 rubla satılıb. Bu gün kitabın yaxşı vəziyyətdə qalan nüsxələri, demək olar ki, tapılmır.

“Litfond” hərrac evi Vladimir Mayakovskinin litoqrafiya ilə işlənmiş 1913-cü ilin “Mən!” kitabını da satışa çıxarıb. Lotun ilkin qiyməti 500 min rubl təyin olunsa da, kitab 700 minə satılıb. Mixail Lermontovun “Şeytan” poemasının 1837-ci ilə aid ilkin əlyazması 250 min rubla dəyərləndirilib. Anna Axmatovanın 1963-cü ildə İosif Brodskiyə yazdığı məktub isə 190 min rubla satılıb.