F.Köçərli adına Respublika Uşaq Kitabxanasının növbəti qonağı Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, doktorant, ABA Psixoloji Mərkəzinin uşaq psixoloqu Aynur İsgəndərova olub.

Görüş zamanı uşaqlarda ünsiyyət və öz arzularını ifadə etmək bacarığını inkişaf etdirmək üçün “Sürpriz şəkil”, “Əgər sehrbaz olsaydım”, emosional intellektin inkişafı üçün “Duyğuların dünyası”, beyninin sağ və sol yarımkürələri arasındakı əlaqələrin inkişafına təsir edən əllərlə koqnitiv məşqlər, oyunlar keçirilib.

Sonda psixoloq valideynlərin suallarını cavablandırıb.