Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm biznesi kafedrasının təşkilatçılığı ilə magistrantlar üçün “Magistrlik dissertasiyasının tərtibi qaydaları” mövzusunda təlim keçirilib.

Onlayn formatda təşkil edilən treninqdə Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov, Turizm biznesi kafedrasının müdiri, dosent Hafiz Hüseynov mövzu ilə bağlı fikirlərini bölüşüb.

ATMU-nun Tədris-metodiki şöbəsinin müdiri, Turizm biznesi kafedrasının müəllimi Həcər Eldarova “Magistrlik dissertasiyasının tərtibinin ümumi müddəaları və dissertasiyaların hazırlanmasının strukturu” mövzusunda çıxış edərək, dissertasiya işlərinin hazırlanması prosesində mühüm amil sayılan məqamlara  aydınlıq gətirib.

Elm və innovasiya şöbəsinin mütəxəssisi Hacı Qasımlı “Antiplagiat sistemi üzrə qaydalar” mövzusunda çıxış edib. Məruzəçi antiplagiat proqramı və ondan istifadə qaydalarından söz açıb.