İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalında görkəmli  Azərbaycan şairləri Mikayıl Müşfiqin və Əli Kərimin ispan dilinə tərcümə olunmuş şeirləri dərc olunub. Şeirlər Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yayımlanıb.

Elektron nəşrdə Mikayıl Müşfiq poeziyasından məşhur “Küləklər”, “Yenə o bağ olaydı”, Əli Kərimin “Qış günündə” və “Daş” şeirləri, eləcə də hər iki şair haqqında məlumat verilib. Şeirlərin ispan dilinə sətri tərcümə müəllifi Tutuxanım Yunusova, bədii tərcümə müəllifi Raul Poggi Alexandrodur.