Bülbülün  Memorial Muzeyində “AYTAM” Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyi ilə birgə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Qürur günümüz"  adlı tədbir keçirilib.

Tədbiri muzeyin direktoru Fərqanə Cabbarova açaraq 20 Yanvarın xalqımıza qarşı törədilmiş dəhşətli faciələrdən biri olduğunu vurğulayıb, bu günün eyni zamanda Azərbaycan xalqının milli suverenlik uğrunda mübarizəsinin şanlı səhifəsi, qürur günü kimi tarixə düşdüyünü qeyd edib.

Tədbirdə ictimai birliyin üzvləri vətənpərvərlik ruhlu şeirlər söyləyiblər. Sonda 20 Yanvarla bağlı videoçarx nümayiş olunub.