Böyük mütəfəkkir şair Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən yeni kitab nəşr olunub. Fəlsəfə elmləri doktoru Azər Turanın müəllifi olduğu “Cavidnamə” kitabında Hüseyn Cavidin ömür yolu, xüsusən onun İstanbul dövrü sistemli şəkildə tədqiq olunub, yaradıcılığının ədəbi-fəlsəfi, tarixi, irfani, dini və elmi qaynaqları araşdırılıb.
   Kitabın elmi redaktorları akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli və Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınar, elmi məsləhətçisi Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevadır.
   Hüseyn Cavid yaradıcılığının qaynaqlarını geniş ölçüdə tədqiq edən müəllif dahi sənətkarın irsini Vətən triadası - türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq düsturunun fonunda araşdırıb. Müəllif Cavidin bioqrafiyasını dahi sənətkarın qızı Turan Cavidin bu günə kimi oxucuya məlum olmayan xatirə söhbətlərinin işığında təqdim edib. Kitabda Müşkünaz, Ərtoğrul və Turan Cavidlər, Cavidin qardaşı Şeyx Məhəmməd, qardaşı oğlu Tahir Rasizadə haqqında da ayrıca bölmələr var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar