Açılış mərasimi bu gün paytaxtdakı “Ramada” hotelində keçiriləcək
   
   İyunun 17-də Azərbaycanda 2011-ci ilin yay turizm mövsümü rəsmən açıq elan ediləcək. Rəsmi açılış mərasimi Bakıdakı “Ramada” hotelində keçiriləcək. 
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, bu il ölkədə yay turizm mövsümü müddətində bir sıra yeniliklər həyata keçiriləcək.

   
   Hotel nömrələrinin onlayn bronlaşdırılması mümkün olacaq
   
   Payızdan bütün Azərbaycan mehmanxanaları nömrələrin onlayn-bronlaşdırılma xidmətlərinin göstərilməsinə başlayacaq. Bu barədə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, sentyabr-oktyabr aylarından bütün hotellər internet vasitəsilə sifarişlər qəbul edə biləcəklər. Nazir bildirib ki, Azərbaycandakı mehmanxanalarda nömrə bronlaşdırmaq asanlaşıb. www.bakutourism.az saytı vasitəsilə Azərbaycan, rus və ingilis dillərində nömrələrin onlayn-bronlaşdırılması sistemi yaranıb: “Azərbaycandakı bəzi hotellər booking.com da daxil olmaqla, onlayn-bronlaşdırılma üçün dünyanın aparıcı internet portallarında da qeydiyyatdan keçib. Bu gün Azərbaycanda dünyanın «Holiday İnn», «Hilton», «Park İnn», «Radisson SAS», «Ritz-Carlton», «Hyatt» kimi mehmanxana operatorları təmsil olunur».
   Nazir bildirib ki, hotellərin əksəriyyəti Bakıda və ölkənin iri şəhərlərində yerləşir. 2010-cu il ərzində mehmanxana xidmətlərinin göstərilməsi üçün 21 hüquqi və fiziki şəxsə lisenziya verilib. Hazırda ölkədə nazirliyin lisenziyası əsasında 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən il dövlət qeydiyyatından 16 mehmanxana və mehmanxana tipli obyekt keçib.
   
   “Eurovision-2012” müsabiqəsinə 50-60 min turistin gələcəyi gözlənilir
   
   Nazir onu da bildirib ki, 2012-ci ildə Azərbaycanda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinə 50-60 min turistin gələcəyi gözlənilir: «Sonuncu \"Eurovision\" müsabiqəsini keçirən Almaniyaya 100 mindən artıq adam gəlmişdi. Lakin bu ölkə Avropanın mərkəzində yerləşir. İnfrastruktur orada, əlbəttə ki, genişdir. Amma bugünkü vəziyyət göstərir ki, Azərbaycan bu müsabiqənin layiqincə keçirilməsi üçün bütün zəruri şəraiti yaratmağa nail olacaq. Bu il yeni beşulduzlu hotellər istifadəyə veriləcək. Bununla yanaşı, biz bu gün bahalı olmayan üçulduzlu mehmanxana və motellərin tikintisi üçün xüsusi şərait yaradırıq”.
   Nazirin sözlərinə görə, Azərbaycanda turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün böyük iş görüləcək: «Turizm sahəsindəki işçilər üçün treninqlər keçiriləcək. Bu böyük prosesdir və buna hazırlıq görülür.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar