Azərbaycan Turizm İnstitutunda dövlət imtahanları və buraxılış işlərinin müdafiəsi başlanıb. İnstitutun Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, dosent Nəsir Nəsirlinin bildirdiyinə görə, 2010/2011-ci tədris ilinin məzunları sırasında 8 ixtisas üzrə 200-dən artıq tələbə var: “Turizm sənayesində ixtisaslı kadr kimi fəaliyyətə başlayacaq builki məzunlar arasında turizm və sosial-mədəni servis xidməti ixtisasını seçən (rus və Azərbaycan bölməsi) 36 tələbənin əksəriyyəti dövlət imtahanını müvəffəqiyyətlə verib. Onu da bildirim ki, ATİ-də dövlət imtahanı və buraxılış işlərinin müdafiəsi prosesinə hazırlıq yüksək səviyyədə təşkil olunub. Bu ildən həm dillər, həm ixtisas üzrə imtahanın ayrı-ayrılıqda deyil, bir mərhələdə keçirilməsini məqsədəuyğun hesab etdik». Dekan bildirdi ki, dövlət imtahanı və buraxılış işləri üzrə müdafiə iyulun əvvəlində başa çatacaq.
   Qeyd edək ki, ötən il ATİ-nin 14 nəfər məzunu eyni zamanda Avstriyanın Krems Universitetinin diplomunu alıb. Bu il isə ikili diplom proqramında 26 nəfər tələbə təhsil alır.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar