Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə iyun ayının 20-dən etibarən monitorinqlər başlayıb. Nazirliyin Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanovun sözlərinə görə, monitorinqin məqsədi yay turizm mövsümünün başlanması ilə bağlı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması və göstəriləcək turist xidmətləri qiymətlərinin araşdırılmasından ibarətdir. Monitorinqin birinci mərhələsi iyunun 20-dən 25-dək ölkəmizin şimal-qərb regionu üzrə Qax, Şəki, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.
    Monitorinqlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri, İqtisadi İnkişaf Nazirliyinin Şəki-Zaqatala regional bölgəsinin əməkdaşı və rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak edirlər. İyunun 22-dək Qax və Şəki rayonlarındakı 30 obyektə baxış keçirilib. M.Qəhrəmanovun sözlərinə görə, bu obyektlərdən lisenziyasız fəaliyyət göstərənlər də var: «Həmin obyektlərin sahiblərinə ən qısa müddətdə Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını almaq tövsiyə olunub. Ümumilikdə isə nəticələr qənaətbəxşdir. Əsas turizm müəssisələri öz qiymətlərində endirimlər ediblər».
   Monitorinqlərin sonrakı mərhələsi Şimal və Cənub zonalarında fəaliyyət göstərən turizm obyektlərində keçiriləcək.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar