Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə Əmri ilə “Standartlaşdırma üzrə Turizm və yerləşdirmə vasitələrinin xidmətləri” Texniki Komitəsinin əsasnaməsi və yeni tərkibi təsdiq edilib. Turizm üzrə Texniki Komitə turizm sahəsini tənzimləyən standartların və normativ-hüquqi sənədlərin layihələrini hazırlayacaq.
   Mehmanxana fəaliyyəti, turizm fəaliyyəti və turizm marşrutları üzrə 3 Alt Komitədən ibarət Texniki Komitə öz səlahiyyətləri daxilində turizm sahəsini tənzimləyən standartların və digər normativ-hüquqi sənədlərin layihələrini hazırlayacaq və ekspertizasını təşkil edəcək. Bundan başqa, beynəlxalq təcrübəyə əsaslanaraq, sahə üzrə standartlaşdırmanın illik və perspektiv planlarını tərtib etmək, turizm sahəsində qüvvədə olan beynəlxalq standartlara, normalara və tövsiyələrə əsasən müvafiq milli standartlar hazırlamaq "Standartlaşdırma üzrə Turizm və yerləşdirmə vasitələrinin xidmətləri" Texniki Komitənin vəzifələrinə aid edilib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar